Paris. 2-ci hissə.

Bir impressionizm və postimpressionizm həvəskarı olaraq muzeyləri gəzəndə məhs o dövrdə çəkilmiş rəsm əsərlərini axtarıram. Parisin isə bunun üçün ideal məkan olduğunu düşünürəm, çünki cərəyanın vətəni Fransa hesab olunur. Bu tip əsərləri sevməyimi isə bir az emosional insan olduğuma bağlayıram. Axı impressionizmdə rəssam formaları, reallığı əks etdirməkdən çox hissləri ötürmək istəyir.
Senanın sahilində yerləşən Musée d’Orsay elə axtardığım yer çıxdı.
Bir az vağzalı xatırlatdı mənə bu binanın stili. Əsas da Nyu Yorkdakı Grand Central.
Yanımda memarlıq oxuyan bacım bütün suallarıma, rəylərimə cavab tapırdı. Dedi ki, yəgin eyni dövrdə tiklib binalar. Onun dediyi düz çıxsa da, 2 dəqiqə internetdə araşdırmamın nəticəsi o oldu ki, bina əvvəlcə Orsay dəmiryolu stansiyası üçün tikilsə də, sonralar muzey kimi istifadə olunub. İndi də Musée d’Orsay kimi tanınır.
Bacın memarlıq həvəskarı olanda muzeydə ilk baxdığınız rəsm əsərləri yox Opéra Garnier binasının maketi olur 🙂 Ümumiyyətlə, onunla səyahət edəndə mən planlı “traveller” adam heç bir plan qurmuram, onsuzda onun qurduğu marşruta riayət edirik və heç də pis olmur. Getdiyimiz yerlər haqqında əvvəlcədən o qədər məlumatlanır ki, gəzəndə elə bil bələdçi ilə gəzirmiş kimi hiss edirsən özünü 🙂
Bura əsl Van Qoq həvəskarlarının yeri idi.

 

 

 

Arada muzeyin – bu interyerə kafe deməyə dilim gəlmir – kafesində oturub kofe içdik. 5 gün ərzində dediyim 100 000 addımı atmaq elə də asan iş deildi, arada belə “break”lər lazım olurdu.

 

 

Klod Monenin “Ruan kilsəsi” adlı rəsmlər toplusu Ruan kilsəsinin müxtəlif hava şəraitində və mövsümdə əks olunan 30 rəsm əsərindən ibarətdir. Bu muzeydə onlardan beşini görmək mümkündür.

 

Renuar “Şəhərdə rəqs” yaddaqalan əsərlərdəndir

 

 

 

 

 

Bəzi rəsm əsərləri gözlədiyindən çox balaca olur. Ən sevdiklərim arasında Klod Monenin “Lalələr” əsəri Van Qoqun “Ulduzulu gecə”si kimi gözlənilməz balaca idi.

Bilmirəm niyə, amma əvvəl heç görmədiyim əsərlər arasında Jean Béraud, Une soirée (1878) çox sevdim. Bu şəkildə yaxşı görünmür, amma əsər o qədər canlıdır ki. Filmdən bir kadrı izlədiyini hiss edirsən onun qarşısında. Xanımların libasları isə xüsusi ilə xırda detallara qədər işlənilib. Əsərin açıqçası indi otağımda rəfi bəzəyir. 
 
Binanı vağzala oxşatmağım metal və şüşə konstruksiyalarının çoxluğu və saatlardan irəli gəlirdi.

Musée d’Orsay-dan Parisin oğrun görüntüsü 

Çanyın qarşı sahilində yuxarıdakı şəkildə gördüyümüz çarxın yanında Musée de l’Orangerie yerləşir. İki mərtəbəli kiçik muzeyin əsas xüsusiyyəti Klod Monenin yaratdığı iki “dariəvi otaq”lardan ibarətdir. Oval formasında tikilmiş zalların hər birinin divarında 4 rəsm əsəri dairəvi şəkildə asılıb. Mone həyatının sonlarına yaxın sevdiyi bağçasını görmədən, yaddaşında canlandıraraq əks etdirir və ucsuz-bucaqsız, sahilsiz üfuqü su zanbaqları və söyüd ağacları ilə bəzəyir. Çox qeyri-adi ortamlı Orenjeri muzeyini impressionizmin Sikstin kapellası adlandırırlar.
DSC01920DSC01928DSC01929DSC01930DSC01932
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s