Paris. 3-cü hissə. Disneyland

Yəgin ki, uşaqlıqda Paris deyəndə sizin də mənim kimi Eyfel qülləsindən sonra ağlınıza ilk gələn Disneyland olub. Ona görə də bu 5 günlük qısa səyahətimə Disneyland-i bir təhər yerləşdirməyi özümə borc bildim. Uşaqlıq arzularının gerçəkləşməsi bir başqadır. Amma sözün düzü niyəsə gözlədiyim effekt olmadı. Bəlkə də, artıq böyümüşük və bir çox şeyə saf uşaq gözləri ilə baxa bilmirik.

IMG_0072

IMG_0059

Son zamanlar etdiyim ən uğursuz makiyajlardan biri məhs bu günə təsadüf etdi 🙂 Yenə də əmin oldum ki, şəkil çəkdirəcəyiniz gün yeni məhsullardan istifadə etmək qadağası düzgündür. Gözlərimdəki bənövşəyi qələm – dəhşətli görüntü idi)))) Başqasına yaraşan məhsulun sizə də uyğun olacağına heç kim zəmanət vermir.

IMG_0077

DSC01965DSC01968

Disneyland-də əyləncədən çox mağazalarla rastlaşacaqsınız. Hamı alış-veriş edir. Əsasən də evdəkilərə hədiyyə almaqla məşğuldular. Bu da bizimkilər 🙂

DSC01972DSC01973

Tamam fərqli dünyadı ora. Öz ab havas var.

DSC01974

Həyatı boyu bacım tərəfindən bu atdan çox heç kim və heç nə sevilmədi 😀 o sevgi dolu baxışlara bir baxın

IMG_0093

Bənövşəyi göz qələmi ilə mən də burdayam 🙂

IMG_0108

Biz şəkil çəkdirmək qərarını verənə kimi ətraf balaca uşaqlarla doldu və sırada sonuncu olmamaq üçün özümüzü 5 yaşındakı kimi aparmalı olduq. Leylanın heç yerdə görməyəcəyiniz gülən şəklini gördünüz 🙂

IMG_0111DSC01982DSC01984DSC01996DSC02000DSC02002

Hamı alış-veriş edəndə biz sadəcə şəkil çəkdirirdik. Bir anlıq bu papaqları alıb evə aparsan, nə edəcəyini düşünən kimi qaytarıb yerinə qoyur adam.

IMG_0039

Arxadakı iki qorxaqlar bizik)))) Space Mountain ən maraqlısı idi. Qaranlıqda sürətlə hərəkət edərkən kosmosda olduğuna inandırır səni.

IMG_0119

Alice in Wonderland mövzulu labirinti də çox sevdim. Düzdü, içəridə balaca qala varıymış, onu tapmamış qaçmışam ordan))) Bir də gördüm ki, bizimkilər onun başından mənə baxır.

DSC02012DSC02013

Deyəsən mənimki də bu il UNbirthday party olmuşdu))))

DSC02016

Paradı izləmək üçün hamı mərkəzi meydana yığışır.

DSC02017

DSC02019

Prince? What prince? 😀

DSC02021

Bu da sondakı izdiham. Tək elə onu görmək üçün getməyə dəyər. İzləyərkən orda yüzlərlə adam arasında yaş fərqinin itdiyini hiss edə bilirsən, çox qəribə hiss idi.

DSC02032

Orada hamı Minnie Mouse qulaqlarını taxır və bu çox normal qarşılanır, Desneyland əhval ruhiyyəsi saxlanılır. Hamı balaca uşaqa çevrilir. Şəhərdə qatardan düşüb metroya mindikdə üzərində diqqətli baxışları hiss edirsən və anlayırsan ki, deyəsən üzərində artıq nə isə var))) Sonra onlara fikir vermirsən və evə qədər qulaqalrı başında saxlayırsan 😉

IMG_0128

Disneyland-da olmamısınızsa, aşağıdakı məsləhətlərə nəzər yetirin.

  1. Yayda oralara ayaq basmayın 🙂 Mart ayndakı sıralar 10-15 dəqiqədirsə, yayda 1-1,5 saatlıq sıraları təsəvvür belə etmək istəmirəm. Iş orasındadır ki, Parisin turist axını dövrü aprel-oktyabr aylarıdır. Və ondan əlavə vaxtlarda Parkda bəzi attraksionlar təmirlə əlaqəli işləmir.
  2. Nəzərə alın ki, Parisin mərkəzindən Disneyland-a getməyə  qatarla 1 saat  vaxt sərf edəcəksiniz. Sonra isə bütün gününüzü orda keçirəcəksiniz. Bir sozlə yarım gün filanlıq bir gəzinti deyil.
  3. Disneyland iki parkdan ibarətdir: Disneyland Park və Walt Disney Studios Park. İkisinin birgə girişi 90EUR. Azyaşlı uşaqlar daha çox Disneyland Parkdan zövq alacaq.
  4. Saat 17:30-da keçirilən paradı qaçırmayın.
  5. Və mütləq park 20:00-da bağlanana kimi qalıb sonda çəhrayı qəsrin üzərindəki animasiya, fişənglər və sevdiyiniz cizgi filmlərindən mahnıların müşayiəti ilə nümayişi izləyin.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s