Öz səyahətini özün planla

Artıq yeni nəsil turizm agentliklərinə müraciət etməkdən imtina edir və öz səyahətlərini internet vasitəsi ilə özləri planlayır. Bu üsuldan istifadə edərək saysız hesabsız marşrutları individual olaraq öz istəklərinə uğun təşkil etmək olar. Təzə-təzə başlayanda bir az çətin olsa da, ətrafdakılardan məsləhət alaraq və internetin sonsuz imkanıarından faydalanaraq bunu həyata keçirmək mümkündür. Bir neçə gündür ki, başım yeni səyahət planlarına qarışıb və bu prosesdə kiçik, amma lazımlı nüansları seçərək sizinlə bölüşmək istəyirəm.

Çalışın səyahətinizi 2 ay əvvəldən planlamağa başlayın. Çünki tarixləri yaxınlaşdıqca təyyarə reyslərinə və otellərdə ən yaxşı halda qiymətlər bahalanır, ən pis halda isə sadəcə yer olmur. Məsələn mayda olacaq gəzinti üçün sərfəli otellərdə apreldə artıq bütün otaqlar dolu idi.

Visa alanda tələb olunan sənədlər siyahısını çox adam oxumaq üçün səbr etmir və evdə nə kağız varsa, notarius dünyada nəyi təsdiq edə bilərsə hamısını yığıb gətirir səfirliyə 🙂  amma adətən visanın sirri məhs elə orda olur. Visaya sənəd qəbulu məntəqəsinə makulatura ilə gələnləri çox görmüşük, hətta onlardan biri də olmuşuq. Makulatura bağlamalarının hamısını özünüzlə qaytaracaqsınız. O sənədləri hazırlamğa sərf etdiyiniz vaxt və pullar israf olunmasın deyə sadəcə lazım olan sənədləri təqdim edin.

Böyük Britaniya vizasıhttps://www.gov.uk/apply-uk-visa

Fransa vizası (təmsilçi qismində həmçinin İspaniya, Portuqaliya, Lüksemburq, Belçika və Hollandiyaya getmək arzusunda olan əcnəbilərə viza verir)http://www.ambafrance-az.org/Qisamuddətli-Sengen-vizasi-90-349

ABŞ vizası: http://azeri.azerbaijan.usembassy.gov/vizamracitrizlri.html

Visa alarkən bəzi səfirliklər(Fransa) qalacağınız oteldən etdiyiniz rezervasiyanın təsdiqi barədə möhürlü məktub tələb edir. Birincisi, ilkin ödənişsiz pulsuz ləğv olunan sifariş edib hər hansı oteli göstərə bilərsiniz. Mütləq qalacağınız otel olmaya da bilər. Əsas odur ki, visa anketində göstərdiyiniz ünvan ilə təqdim etdiyiniz məktubun ünvanı eyni olsun. Sifariş etdikdə 2-3 oteli seçin və onlara bu istək haqqında məktub yazın. Niyə 2-3? Çünki bəzi otellər ilkin ödənişsiz sifariş qəbul etsə də, bu məktubu ödəniş olunmadan göndərmir. Ona görə də əvvəlcədən işinizi bilin və bir neçə oteldə şansınızı sınayın.

Otel rezervasiya edərkən bəzi saytlarda (tripadvisor.com) artıq səyahət etmiş istifadəçilərin yüklədiyi şəkillər olur. Onlar sizə kömək ola bilər, çünki otaqları lazımi rakursdan professional çəkəndə onlar işıqlı və geniş görünə bilər. Və ya otelin ən yaxşı otağının şəklini yerləşdirə bilərlər saytda. Siz ora çatdıqda isə tamam başqa mənzərə ilə qarşılaşa bilərsiniz. Bunun qarşısını almaq üçün mütləq rəyləri oxuyun.

Ən sərfəli təklif üçün mütləq qiymətləri bir neçə rezervasiya saytından və otelin rəsmi saytından yoxlayıb sonra seçin. Həmçinin təyyarə biletlərini də eyni qaydada sifariş verin.

Otellər: booking.com, tripadvisor.com, expedia.com, hotels.com, tripadvisor.com

Aviabiletlər: expedia.com, scyscanner.net

Qatar və avtobus biletləri (Avropa): raileurope.com, goeuro.com, thetrainline-europe.c
omIMG_2367

Türk Hava Yollarının  biletlərini saytdan “book” etmək mümkün deyil, amma telefon üçün application yükləsəniz, orda o funksiyanın təqdim olunduğunu görəcəksiniz. Reysin vaxtından və tələbdən asılı olaraq biletin sizin üçün saxlanılması vaxtı dəyişir.

Visa üçün məktub formaları haqqında panikaya düşənlərə də rast gəlmişəm. Narahat olmayın, bankdan məkubun forması bankda olur. Yəgin ki, o məktubu ilk tələb edən müştərinin siz olduğunu düşünmürdünüz 🙂 İşdən təqdim olunan arayış da eyni. Amma bir məsələ var ki, bəzi iş yerləri ingilis dilində sənəd yazmır. Onda onu tərcümə etdirməli olacaqsınız. Elə səfirlik də var ki, azərbaycan dilində sənəd qəbul edir. Yenə də deyirəm, səfirliyin saytında olan qaydaları diqqətlə oxumaqda fayda var 🙂

Bir neçə şəhərə səfər edəcəksinizsə, şəhərlərarası qatar və ya avtobus biletlərini də yoxlayın (linklər yuxarıda). Böyük şəhərlərdə kassalara uzun sıralar olur, o da xeyli vaxtınızı ala bilər. Hətta əvvəlcədən alın ki, sonra problem yaşamayasınız. Unutmayın ki, birbaşa reyslər olmaya bilər və yola planlaşdırdığınızdan daha çox vaxt sərf etməli olacaqsınız.

Otelin yerləşdiyi ərazi də çox vacibdir. Orda keçidiyiniz vaxtı hansı məşğuliyyətə həsr edəcəyinizdən asılı olaraq əraziləri də araşdırmaq lazımdır.

Bəzi ölkələrdə muzeylərə sıralarda saatlarla gözləmək problemini online bilet almaqla həll etmək mümkündür. Bəzi linklər aşağıda. Böyük Britaniyada muzeylərə giriş ödənişsizdir və istirahət günlərində bəzi muzeylərə giriş üçün uzun sıralarda gözləməli ola bilərsiniz.

Luvr muzeyi: http://www.louvre.fr/en/buy-tickets

Vatikan muzeyi: https://biglietteriamusei.vatican.va/musei/tickets/do?action=booking&codiceLivelloVisita=9&step=1

Eyfel qülləsi: http://www.toureiffel.paris/en/preparing-your-visit/buying-your-tickets.html

Yeni şəhərdə keçirilən tədbirlərdə iştirak etdikdə yerli insanları və onların həyat tərzini yaxından tanıya bilərsiniz. Bunun üçün səfərdən əvvəl şəhərdə keçiriləcək konsert, sərgi, party, festival və s. siyahısına göz gəzdirməyə dəyər. Məsələn http://www.timeout.com saytında istədiyiniz şəhəri seçərək bu cür informasiyadsn faydalanın. 

IMG_3240

Bu uzun yazını oxuyub bitirdinizsə, deməli maraqlı və faydalı nə isə varmış bunda 🙂 Hər hansı bir sualınız yarandıqda sevə-sevə cavablandıraram. Təşəkkürlər.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s