Portuqaliya deyəndə, bəlkə də, çoxlarının ağlına ilk olaraq Kriştianu Ronaldo gəlir 🙂 Sözün düzü, elə mənim də. Amma keçən il internetdə tez-tez Portuqaliyanın paytaxtı Lissabon şəhərinin şəkilləri ilə qarşılaşırdım və içimdə oranı görmək istəyi yaranırdı. Night Train to Lisbon filminə baxdıqdan sonra isə bu hiss daha da gücləndi. Ona görə də, bu ölkədə görməli yerləri araşdırmağa başladım və nəticəsini sizinlə paylaşmaq istəyirəm.
Lissabon. Orta əsrlər və müasir Portuqaliyanın bir biri ilə görüşdüyü məkan kimi təsvir olunur. Fərlqli landşaftı ilə seçilir, çünki şəhər həm okeanın sahilində yerləşir həm də mərkəzindən Teju çayı axır. Tramvay, tarixi kilsələr, körpülər və qırmızı damları ilə gözəl mənzərəsi olan Lissabonu, məncə, görməyə dəyər.
Portu. Futbol komandası və şərabı ilə məşhur olan şəhər okeanın sahilində yerləşir.
Sintra. Lissabondan yarım saatlıq uzaqlıqda yerləşən kiçik şəhər qala və sarayları ilə seçilir. Tarixi turistik yerləri sevənlərin çox xoşuna gləcək.
Laqos. Qayalı çimərliklər dənizkənarı tətil sevənlərin diqqətini çəkir. Gün ərzində bir çox dəniz əyləncələrindən sonra regionun gecə həyatı ilə gəzintinizə rəng qata bilərsiniz.
Madeyra. Kriştianu Ronaldo bu adaların piar işini elə bil öz üzərinə götürüb, intensiv şəkildə reklamı ilə məşğuldu 🙂 Çünki bu adada doğulub və böyüyüb. Hətta burada onun heykəlini də ucaldıblar. Adalar Portuqaliya ilə Şimali Afrikanın arasında Atlantik okeanda yerləşirlər. Gözəl təbiətinə görə okeanın oazisi hesab olunurlar.
Albufeira. İnternetdə gördüyümüz, xəyal etdiyimiz ideal dənizkənarı ərazilərin gerçəkləşdiyi bir yerdir. Ən gözəl çimərliklər bu ərazidə yerləşir.
Portuqaliya gəzintisindən blog post paylaşmaq ümidi ilə 😉