Adele, Lissabon 2016

5 il əvvəl youtube-da Adelin Brit Awards mərasimindəki çıxışını izlədikdə sadəcə donub qalmışdım. Əvvəl də onun mahnılarını eşidirdim, amma mənim üçün o video Adelin ilk bIMG_4843axdığım canlı ifası olmuşdu. Maraqlısı odur ki, bu ifa onun uğursuz çıxışlarından biri hesab olunur. Sonra isə Royal Albert Hall-da keçirilən yeganə konsertinin DVD-ni sifariş etdim. Konserti izlədiyim müddət yerimdən belə tərpənə bilməmişdim. Və həmin gün arzularımın sırasına biri də daxil olmuşdu: Adelin canlı ifasını dinləmək. 22 aprel 2016-cı il Lissabonda bu arzum yerinə yetdi.

Adelin Avropa turnesi çərçivəsində Lissabonda MEO arenada keçirilən konsertinə biletləri online əldə etdim. Qalan biletlər yalnız ayaqüstə izlənilən sahəyə qalmışdı. Həmin an gözümə heç nə gorünmürdü, sozün düzü 🙂 Biletləri əldə etdiyimə konsertə gedənə qədər inana bilmirdim. Ayaqüstə izlənilən sahəyə alınan biletlərin bir mənfi cəhəti var ki, arenanın qapıları açılana qədər insanlar öndə dayanmaq üçün sıraya düzülür. Hardasa qapılar açılmamışdan 1 saat əvvəl getdik sırada dayandıq, içəri girdikdə isə səhnəyə nə qədər yaxın olacağımıza inan bilmirdik)))) Azca tez sevinmişdik, çünki seçib dayandığımız yer öndə olsa da, səhnəni yan tərəfdən izləməyə imkan verirdi. Amma bunlar hamısı kiçik detallardır, Adele ilk “Hello” oxuyandan sonra qalan hissəsi yuxu kimi idi. Çox həyəcanlı konsert idi.

IMG_4863

Ən sevdiyim mahnısı Someone Like You-dur. Arenada 20 min insan bu mahnını onunla birgə əzbər oxuyurdu. Sözlə ifadə edə bilməyəcəyim bir hisslər idi. Adele uşaqların belə mahnını əzbərdən oxumasını gördüyünü deyib təsirləndi. Göz yaşlarını saxlaya bilmədi. Sonra isə zarafatla dedi: ‘I’m very emotional, I’m a drama queen. But it’s not surprising. I made a career on a break-up with my ex-boyfriend.’ :))))) (Çox emosionalam, drama kraliçasıyam. Amma bu heç də təəccüblü deyil. Karyeramı keçmiş boyfrendimlə ayrılığımızın üzərində qurmuşam.)

Konsertin sonunda konfeti yağışının hər birinin üzərində Adelin xətti ilə mahnılardan parçalar çap olunmuşdu.

Axşam boyu Snapchat-a 10 saniyəlik videolar yükləyirdim. Onların toplusunu da sizinlə bölüşmək istəyirəm.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s