Lissabon

Bilmirəm niyə, amma Lissabon haqqında çoxlu danışmaq istəmir insan. Maraqlı ab-havalı şəhərlər haqqında nə qədər danışsan da, ən lazım olan keyfiyyətini heç bir sözlə ifadə edə bilmirsən. Ona görə qısa kommentlər edəcəm. Kasıb şəhərdir. Körpüsü və qırmızı damları ilə müəyyən rakursdan İstanbulu xatırladır. “Night Train to Lisbon” kitabında deyildiyi kimi bukinist mağazaları çoxdur. Orada olduqdan sonra daş küçələr, tramvaylar, kilsələr, dördbucaqlı gözəl meydanlar, qırmızı damlar, rəngli keramik plitələrlə bəzədilmiş evlər – bunlar şəhər haqqında ağlınıza gələn ilk fikirlər olacaq. İngilis dilini şəhərdə az bilsələr də, insanlar çox mehribandır və suallarınızın hamısına portuqalca uzun-uzun cavab verməyə hazırdılar 🙂 Pastel de Nata adlanan məşhur yerli şirniyyatı isə istənilən yerdən əldə edə bilərsiniz. Yolunuz Portuqaliyadan duşsə, dadına baxın))))

FullSizeRender 3

Bu qırmızı körpü (rəngi uzaqdan şəkillərdə bilinmir) dünyanın ən uzun asma körpülərindən biridir. Uzunluğu 1 km keçir.

Küləkli gündə klassik turist şəkilləri çəkdirmək əzaba çevrilir. Saçlar, ətək –  hamısı uçur.

FullSizeRender 5IMG_4330

Lissabonda iki məşhur heykəl var: biri aşağıdakı şəkildə sağ tərəfdə uzaqda görünən İsanın heykəli, ikincisi isə Böyük coğrafi kəşflər dövrünün məşhur şəxsiyyətlərinə həsr olunan bu abidə ansanblıdır. Bu heykəlin hər iki tərəfində 33 səyyah, tarixçi, yazıçı və s. heykəlləri əks olunub.

IMG_4363IMG_4354

Bu isə Lissabonun növbəti simvolu – Torre de Belém. Dadlı frozen yogurt yedik sahildə 🙂 Ümumiyyətlə, frozen yogurtu çox sevirəm. Təəssüf ki, Bakıda dadlısı yoxdur. Ona görə səyahət edərkən heç bir şansımı qaçırmıram.

IMG_4406IMG_4422

Şəhəri yüksəklikdən seyr etmək üçün turistlər bu məntəqəyə gəlir. Bir çoxu şəhərdaxili yaxın məsafələr üçün tuk-tuk adlanan nəqliyyat vasitəsindən istifadə edir. Biz isə gün ərzində atdığımız addımları hesablamaq həvəsində olduğumuza görə, çoxlu piyada gəzirdik. Bu yüksəkliyə çıxana kimi əməlli work-out etdik 🙂

IMG_4467

Məhs bu rakursdan nədənsə İstanbul “vibe”ları gəldi mənə))))

IMG_4600

FullSizeRender 4

Selfisiz səyahət olmur 🙂

IMG_4691

IMG_4423

O şəkillərdə İstanbul yada düşsə də, burda olmadığım Kuba gəldi ağlıma.

IMG_4427IMG_4430IMG_4443IMG_4445IMG_4464

Bu isə Lissabonun mərkəzində yerləşən metal konstruksiyasından ibarət Santa Justa lifti. Liftin yuxarısında şəhəri seyr etmək üçün platforma yerləşir. Lift ilə 7-ci mərtəbə səviyyəsinə qalxmağın qiyməti €2.80. Bizim etdiyimiz səhvi təkrar etməyin və liftdən günün  işıqlı saatlarında istifadə edin.

IMG_4447

Retro stilində olan tramvaylar daha çox turistlətin marağını cəlb edir. Bileti yerində aldıqda gediş haqqı €2.85 başa gəlir.

IMG_4744IMG_4748IMG_4750IMG_4752IMG_4756

Burda haqqında yazmadığım, amma görüləsi yerlərin siyahısı:

  • St. George’s Castle
  • Jeronimos Monastery
  • Parque Das Nacos (Burdan Avropanın ən uzun korpüsü Vasko Da Qama körpüsü görünür)
  • Lisbon Oceanarium
  • Praça do Comércio (Sahildə yerləşən möhtəşəm meydan)
  • Bairro Alto area (night-out üçün)

 

P.S. Bir çox yeməyə sarımsaq qatırlar 🙂 Hətta balığa da. Ona gorə yemək sifariş edəndə bu nüansı unutmayın.

P.P.S. Kriştianu Ronaldonu sevmirsizsə, azca səbrli olmalı olacaqsınız. Çünki hər yerdə bannerlərin üstündə onun şəkillərinə rast gələcəksiniz.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s