Laqos, Portuqaliya

Əslində Lagos portuqalca [laquş] səslənir. Dillərində [ş] və [j] səsləri həddən artıq çoxdu. Yerlilərin dediyi kimi, bura balaca, sakit və təhlükəsiz yerdi, son 10 il ərzində isə qeyri-adi heçnə baş verməyib. Bizim Azərbaycandan gəldiyimizi eşidəndə təəccüblənib soruşurdular ki, Lagos haqqında hardan məlumatımız var. Biz isə internetin olduğunu onların yadına salıb gülürdük 🙂

IMG_5239

Əksəriyyətini İngilislərin təşkil etdiyi turistlərlə dolu dənizkənarı şəhərin həyatı məhs rezort üzərində qurulub. Bodrumu daha yaxşı tanıdığımıza görə Lagosu təsəvvür etmək üçün oranı ağlınıza gətirin, amma daha balaca variantı.

IMG_5054
IMG_5040
IMG_5043
IMG_5046

Bu balaca şəhəri dünyada məşhur edən inanılmaz gözəllikdə qayalı çimərlikləridir. Biz kiçik butik oteldə qalıb çimərlikləri piyada gəzirdik. Günlük addım sayının həvəsi orda da özünü göstərirdi. Düzdür, bizi kimi ağılsızlıq edib spf krem vurmadan belə iş görməyin, yoxsa nəticə məlumdur. May ayında Lagosda suyun tempraturu bizim adət etdiyimizdən aşağı idi, amma avropalılar üçün yetərli olduğu açıq-aydın görünürdü; böyükdən balacaya hamısı suda idi.

IMG_5037IMG_5065IMG_5070IMG_5232IMG_5370IMG_5393IMG_5398

Nəhayət, o gözlənilən mənzərə! Uzun zaman şəhərləri gəzərkən insanın yaratdığını görürük, bəyənirik. Amma belə bir yerə gəlib çıxanda təbiətin yaratdığının qarşısında yaranan hisslər tamam fərqli olur.

IMG_5304

Bu isə Lagosda dəniz gəzintisi zamanı çəkdiyim video. Portuqaliyanın cənub sahilləri sizi yaxşı mənada təəccübləndirir. Qayallıqlar arasından çimərliklərə düşmək üçün bəzən 200-dən çox pillə qət etməli olursunuz.

Advertisements