Sevilya

Fonetika dərsimizi davam etdirərək deyə bilərəm ki, Sevilya kimi tanıdığımız şəhərin ispanca tələffüzü [seviyya] imiş 🙂 Şəhərin tarixi mərkəzi çox böyükdür və demək olar ki, Sevilya məhz elə bu dar küçələrdən yaranan labirintdən ibarətdir. Küçələr o qədər dardır ki, avtomobil keçəndə təsadüfən qolun ona dəyməsin deyə istər istəməz dayanırsan. Flamenkonun və müasir korridanın vətəni hesab olunan bu şəhərə məhs əsl İspaniyanı görmək istəyənlər gəlir.

IMG_5822

Şəhərin çox da böyük olmasına baxmayaraq isti havada ən maraqlı yerləri gəzmək üçün elektriklə işləyən velosiped-araba turu etməyə qərar verdik. Daha az zamanda, daha çox yer görmüş olduq. Bələdçimizə bizimlə çox səbirli olub uzun-uzun şəkil çəkdirdiyimiz zaman bizi gözlədiyinə görə ayrıca təşəkkürlər 🙂

IMG_5522

IMG_5519

IMG_5756

Meydanların ənənəvi bəzəyi çox xoşuma gəlmişdi.

IMG_5502

IMG_5464IMG_5474

Əksər küçələr belə dardır.

IMG_5486IMG_5828IMG_5844

Frozen yogurta olan sevgim sonsuzdur 🙂

IMG_5461

Sevilyada iki çox gözəl park var: Mariya Luiza parkı və Alkazar qəsrinin daxilində yaradılan bağ. Bu şəhərə səfər edərkən onlara baş çəkməmiş qayıtmayın. Mərkəzi İspaniya Meydanı olan Mariya Luiza parkını velosipedlə və ya klassik araba ekipajı ilə gəzmək imkanınız var. Parkda daha çox vaxt keçirmək istəyirsinizsə, şəhərin mərkəzində yerləşən bu oazisdə saatlarla itmək olar. Biz isə buranı elektriklə işləyən velosiped-araba turumuzun bir hissəsi zamanı seyr etdik.

IMG_5609IMG_5631IMG_5748

İspaniya meydanı buraya xas olan rəngli plitələrlə bəzənib

IMG_5708IMG_5670

Meydanın ətrafında yerləşən sarayın üzərində dairəvi şəkildə İspaniyanın bütün şəhərlərinin adı əlifba sırası ilə aşağıdakı şəkildəki kimi əks olunub. Bu isə 3 il əvvəl olduğum və çox sevdiyim Barcelonaya aid hissə.

IMG_5728

IMG_5713

Hər getdiyim şəhərdən soyuducunun üzərinə yapışan maqnitlər və anamın kolleksiyası üçün  şəhərə aid xüsusi suvenir qaşıqlar alıram.

IMG_5736

Bu dəfə isə onlardan əlavə İspan xanımlarının ənənəvi aksesuarı olan “веер” də aldım (azərbaycanca “yelpənək” sözü mənim dilimdən həddən artıq süni səsləndiyini düşünərək rusca alternativini seçdim). Üzərinə adımı da yazdılar. Düzdür, burada onu görənlər Bakıda bazardan aldığımı düşündülər 🙂 Əslində, elə də fəqri yoxdur. Bildiyimiz rənglər, üstündə də güllər.

IMG_6681IMG_6676

Sevilyada qaçırmayacağınız ikinci məkan Alkazar qəsridir. Orta əsrlər ərəb və islam mədəniyyətinin təsiri bu memarlıq abidəsində əksini tapmışdır. Qala divarları ilə əhatə olunan bağ nağılları xatırladır. Game of Thrones serialının 2 və 5-ci sezonlarından bəzi səhnələr Alkazarda çəkildiyinə görə qəsr izləyicilər üçün xüsusi maraq kəsb edir.

IMG_5869IMG_5871IMG_5910IMG_5949IMG_5916IMG_5978IMG_5990IMG_5994IMG_6001IMG_6004IMG_6010IMG_6015IMG_6017IMG_6020IMG_6034IMG_6040

Su saxlanılan bu baseyn sərin hava və sehirli yer təsiri bağışlayıdı. Saf turistlər kimi arzu tutub hovuza dəmir pul atdıq 🙂

IMG_6046IMG_5863IMG_5855

Maqnit kimi toyları özümüzə çəkmək milli keyfiyyətimiz Sevilyada da özünü göstərdi. Təsadüfən kilsədə toya rast gəldik və uşaqlıqdan kino və seriallarda baxdığımız kilsə toylarını canlı görmək şansını əlimizdən qaçıra bilməzdik 🙂 Maraqlısı odur ki, toyda istənilən adam iştirak edə bilər. Bizdən başqa da turistlər arxa sıralarda əyləşmişdi. Amma mərasim gözlədiyimiz kimi iki kəlmədən ibarət deyilmiş. Yarım saatdan çox bir söz belə başa düşmədiyim ispan dilində keşişin, bəyin, gəlinin, onların qohumlarının nitqindən sonra toyun bitməsini gözləmədən kilsədən çıxdıq. Çünki çox ac idik 🙂

Toydan canlı-canlı snapchat ailəmizi update edirdik

Sevilyada olanda biz Ronda və Kordoba şəhərlərini də gəzməyi planlamışdıq. Day-trip üçün çox gözəl balaca şəhərlərdir, həm də Sevilyaya yaxındılar. Amma yağışlı hava buna imkan vermədi. Ona görə klassik qərar verərək yağışlı gündə şoppinqə çıxdıq. Həmin axşam 28 may Çempionlar Liqasının finalında Real Madrid və Atletiko Madrid klubları qarşılaşırdı. Bu oyunu İspaniyada pərəstişkərlarla birgə ekranda izləmək çox fəqrli “experience” oldu. Kütləvi şəkildə hamı ekran qarşısında idi, biz yer axtarmağa başlayanda artıq boş yer demək olar ki yox idi. Oyunu izlədiyimiz məkanda çoxluq Atletiko Madrid tərəfdarları idi, mən isə Real Madrid. Sonda penaltiləri vuranda bacardıqca təmkinli reaksiya verirdim. Sonra ordan Real qələbə qazansa, sağ-salamat çıxmaq da var idi 🙂 Ramos və Ronaldo topa yaxınlaşanda insanların reaksiyası elə stadiondakı kimi coşğun idi, onları bacardıqları qədər fitə basdılar (axı iksi də eşitdi bunları). Realın son uğurlu penaltisindən sonra isə hamı hirsli-hirsli durub zaldan çıxdı. Mən də təzə rahat yer tapıb mükafatlandırma mərasimini izlədim 🙂

champions-league-finale-real-madrid

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s