Toya hazırlıq zamanı lazımSIZ məqamlar

Toy ərəfəsində o qədər həyəcan olur ki, insan ağlını itirir. Bu qarışıq zamanda hər tərəfdən bir ideya deyilir və sən düşünmədən onu həyata keçirməyə başlayırsan. Bəlkə də adi vaxtı bu ideyalar səslənəndə gülərdin. Ona görə də bu blogpostu toya hazırlıqlar zamanı diqqət yetirilməsi vacib olan yox, əksinə vacib olmayan məqamlara toxunum.

08-viktor-rolf-spring-18-bridal

İlk olaraq hamı dəvətnamə haqqında düşünməyə başlayır və mənim kimi onu dərd edir. Bəziləri hazır dizayn seçir, digərləri keçirilən məkanın təklif etdiyi dəvətnamə ilə razılaşır. Amma bir nadir tip insanlar var ki, toyuna mövzu seçir və ona uyğun individual dizayn hazırlatdırıb dəvətnamə çap etdirir. Bu nadir qrupa mən də daxil ola bilərdim))) amma vaxtında oyanıb bildiyimiz KOZAya gedib ən sadə bəyaz dəvətnaməni seçdim və öz başıma açdığım hoqqadan vaxtında qurtuldum. Sonra da dedilər classy and nice))) Sizə də məsləhətim budur: toya birbaşa aidiyyatı olmayan kağız parçasına lazımından çox önəm verməyin.

6a11ae88a975b832ae1f8ba840c4b538Fotozona deyilən bir dərd var. Onu toy biznesinin nəhəngləri açıb başımıza))) hara gedirsən gəlinin rəfiqələrinin instagram üçün “cute” şəkillər çəkdirəcək güllü-çiçəkli yelləncəklər, bəynən gəlinin vinil üzərində toydan bir ay əvvəl yaşıllıq tapıb bir-birinə romantik baxan şəkilləri, qazon fonun üzərində səbəbkarların baş hərfləri və süni güllərdən kompozisiyalar və daha nələr. Etmək olar e, etməyin demirəm. Sadəcə olaraq bunun üzərində gecə-gündüz düşünüb pinterestdə pin it düyməsini yormayın))) Nəticəsi maksimum 3 -4 dənə instagramda şəkil və #ABwedding #behappy tipli hashtaglərdir))

 

Bax bəy-gəlin stolunun fonundaki dekorları demədim, çünki bu məsələdən hələ özüm qurtulmamış başqalarına məsləhət verə bilmirəm))))

3ae825cbb563188095ab7f6cba57ed81Bir də otaq boyda paltarnan vals etmək arzusunda olan cütlüklər(gəlinlər). İdeyanın yaranan andan artıq uğursuzluğa düçar olacağı bilinirdi. Çarəsiz qalan rəqs müəllimlərinin bazalarında olan ən bəsit 3-4 hərəkətin 2 dəqiqəlik təkrarından ibarət rəqs qurmağına baxmayaraq toyda paltar dolaşır ayaqlara, bəy dolaşır paltara və əminəm ki, bunu oxuyan hər adam olmuş hadisəni beynində canlandırdı)))

Yaxşı, çox da neqativə bağlamayaq məsələni. Həyatımızın ən xoşbəxt günlərindən birində daha çox pozitv anlar olmalıdır. Ona görə də, hazırlıqlar zamanı vacib bilib diqqət yetirdiyim məsələləri də deyim. Toyun 2 əsas komponenti var: musiqi və yemək, çünki ümumi ab-havanı məhs onlar yaradır. Gəlinin aylarca seçdiyi paltar yadda qalmır, amma qonaqların toydakı əhvalı həmişəlik 0d4cab55b961ca2ee35b8ea9911e9002yaddaşlara həkk olunur. Şəxsən mənim üçün evlənən cütlüyün arasında olan münasibətin, onların toyda iştirakından çox şey asılıdır. Məhz səbəbkarların davranışı axşamın necə keçəcəyini təyin edir. Buna görə də, toya hazırlıqlar zamanı gözlənilən gün yalnız sevinc və xöşbəxtlik hisslərinizi ətrafdakılarla bölüşməyə və axşamın dadını çıxarmağa diqqətinizi yönəldin ki, sevginizə şahid olduqlarına görə qonaqlarınız qürur duysun.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s